- Baxış sayı: 102
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 92
- Dekabr 19, 2025
- 0


Oktyabrın 18-də Yaponiyanın Kitakyuşu şəhərində start götürəcək idman gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Allsport.az xəbər verir ki, yığma 7 gün davam edəcək yarışda 3 idmançı ilə təmsil olunacaq.
Ölkəni kişilərin mübarizəsində Tokio-2020 yay olimpiya oyunlarının iştirakçısı İvan Tixonov, qadınlarda Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcək.
Tokio-2020-də çıxış etmiş qadın idman gimnast Marina Nekrasovanın isə mundialda iştirakı nəzərdə tutulmayıb.