Dünya çempionatının lideri Lüis Həmiltona niyə qəzəblənib?

“Ferrari” komandasının sürücüsü Sebastyan Fettel yarış tempində maşını yoxlayarkən, Lüis Həmiltonun arxasında ilişib. Allsport.az saytı xəbər verir ki, o bu durumda qaldığı üçün əsəbiləşib. F-1.az-a görə, almaniyalı pilot Kanadada cümə gününü lider Kimi Rəykkönendən 0.3 saniyə geridə – 3-cü yerdə bağlayıb.

“Sessiyanın sonunda bolidlə bağlı doğru sazlanmaları tapmışdıq. Lakin o anda önümə Lyuis çıxdı və onu ötmək mümkün olmadı. Buna görə də təmiz dövrələr vura bilmədim və bolidin əsl potensialından xəbərsizəm. Aramızda interval yaratdım. Amma, deyəsən, haradasa səhv etdi və yenidən önümə çıxdı.

Şanssız gün olsa da, bolidimizin sürətli olduğunu bilirik. Sıralanma turu və yarışda çox inkişaf edə bilərik. Tras bu gün çox sürüşkən idi və mən də daxil olmaqla əksər sürücülər yerlərində fırlandılar. Yarışda asfaltla ilişmənin daha yaxşı olacağına inanıram” – deyə, Sebastyan Fettel bildirib.

Həmin kateqoriyadan