- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 49
- Dekabr 11, 2024
- 0
Gələn il yeni formatda keçiriləcək FİFA klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, turnirdə 8 qrupa bölünmüş 32 klub iştirak edəcək.
“A” qrupu: “Palmeyras” (Braziliya), “Portu” (Portuqaliya), “Əl Əhli” (Misir), “İnter Mayami” (ABŞ);
“B” qrupu: PSJ (Fransa), “Atletiko Madrid” (İspaniya), “Botafoqo” (Braziliya), “Sietl Saunders” (ABŞ);
“C” qrupu: “Bavariya“ (Almaniya), “Oklend Siti” (Yeni Zelandiya), “Boka Xuniors” (Argentina), “Benfika” (Portuqaliya);
“D” qrupu: “Flamenqo” (Braziliya), “Esperans” (Tunis), “Çelsi” (İngiltərə), “Leon” (Meksika);
“E” qrupu: “River Pleyt” (Argentina), “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika), “İnter” (İtaliya);
“F” qrupu: “Fluminense” (Braziliya), “Borussiya Dortmund” (Almaniya), “Ulsan Hyunday” (Cənubi Koreya), “Mamelodi Sandaunz” (Cənubi Afrika);
“G” qrupu: “Mançester Siti” (İngiltərə), “Uaydad” (Mərakeş), “Əl Ayn” (BƏƏ), “Yuventus” (İtaliya);
“H” qrupu: “Real Madrid” (İspaniya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Paçuka” (Meksika), “Salzburq” (Avstriya)
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.