- Baxış sayı: 178
- 19 Dekabr 2025 20:07
- Baxış sayı: 136
- Dekabr 19, 2025
- 0


Milli Basketbol Assosasiyasında “Los-Anceles Leykers”də forma geyinmiş Kobi Brayant vəfat edib. Allsport.az xəbər verir ki, amerikalı idmançı helikopter qəzasında dünyasını dəyişib.
Əfsanəvi idmançını aparan “Sikorsky S-76” helikopteri Kaliforniyada qəzaya uğrayıb. Brayantla yanaşı, daha 4 insan vəfat edib. Kobi “Los-Anceles Leykers”in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna ilə birgə görünmüşdü. Onun qızı da vəfat edənlərdən biridir.
1996-cı ildən “Los Anceles Leykers”də çıxış etmiş basketbolçu 5 dəfə MBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010). Kobi ABŞ yığmasının heyətində 2 dəfə olimpiya çempionluğu yaşayıb. (2008, 2012). 42 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.