- Baxış sayı: 50
- 11 May 2026 15:09
- Baxış sayı: 10
- May 11, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Kür” komandası heyətini yeni oyunçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, Mingəçevir təmsilçisi monteneqrolu Əsma Muradoviçlə müqavilə imzalayıb.
Ölkəsinin “Danilovqrad” klubunun yetirməsi olan 29 yaşlı həndbolçu karyerası ərzində müxtəlif illərdə Portuqaliya, Türkiyə, İsrail, Kosova, İtaliya və Yunanıstan çempionatlarında çıxış edib. Onun sonuncu klubu Şimali Makedoniyanın “Qorçe Petrov” olub.
Əsma 7 saylı geyimdə çıxış edəcək.