- Baxış sayı: 6
- 03 Dekabr 2024 21:51
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasimdə dünyanın 8 məşhur veteran futbolçusu iştirak edib. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) olublar.
Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-offda daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri – avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
Qrup mərhələsinin oyunları noyabrın 21-dən dekabrın 2-dək, 1/8 final 3-6 dekabr, 1/4 final 9-10 dekabr, 1/2 final 13-14 dekabr, 3-cü yer uğrunda görüş 17 dekabr, final 18 dekabrda keçiriləcək.
“A” qrupu
Qətər
Ekvador
Seneqal
Niderland
“B” qrupu
İngiltərə
İran
ABŞ
Şotlandiya /Ukrayna – Uels cütünün qalibi
“C” qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa
“D” qrupu
Fransa
Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya – Peru cütünün qalibi
Danimarka
Tunis
“E” qrupu
İspaniya
Almaniya
Yaponiya
Yeni Zelandiya – Kosta-Rika cütünün qalibi
“F” qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya
“G” qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun
“H” qrupu
Portuqaliya
Qana
Uruqvay
Koreya