- Baxış sayı: 47
- 20 Aprel 2025 11:23
- Baxış sayı: 241
- Aprel 22, 2025
- 0
Dünya kuboku-2004-ün sahibi Vüqar Qurbanov sərbəst güləş millimizin cari yarışlarda çıxışını dəyərləndirib. Allsport.az saytına verdiyi açıqlamada ünlü bahadır deyib ki, seçmə komandamız ildən ilə inkişaf edir:
«Güləşçilərimiz bu mövsüm də yaxşı səviyyədə mübarizə apardılar. Yığmada gərgin rəqabət var. Heç kim daim «birinci nömrə» olmasından sığortalanmayıb.
Bu il Hacı Əliyevin çıxışı çox xoşuma gəldi. Onu bəyənirəm. Gənc güləşçimizin Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında da qalib gələcəyinə inanıram. İnşallah, sonda belə də olar».
Qeyd edək ki, Vüqar Qurbanov özünü zorxana və pəhləvani güləşdə də sınayıb. O bu növdə də Dünya kubokunu başı üzərinə qaldırıb.