- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Dünyanın məşhur nəşrləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun konfrans liqasının 1/16 finalında “Marsel” klubu ilə Bakıda cavab matçında davranışı barədə yazıb. Allsport.az saytı xəbər verir ki, 34-cü dəqiqədə cinah ötürməsindən sonra “Qarabağ”ın hücumçusu İbrahim Vədcinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib.
Daha sonra baş məşqçi Qurban Qurbanov onu yanına çağırıb və qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Futbolçu topu əli ilə qapıdan keçirdiyini etiraf edib. 49 yaşlı mütəxəssis ona bunu görüşün baş hakiminə bildirməsini deyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.
“The Sun”, “Marca” və “RMC Sport” kimi nəşrlər həmyerlimizin etdiyi feyr-pley jestindən yazıblar. “The Sun” bu hərəkəti heyrətamiz an kimi təsvir edib. “Marca” yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib. “RMC Sport” çalışdırıcının bu dürüstlüyünü təmiz oyun adlandırıb.
“Matç” TV qeyd edib ki, azərbaycanlı mütəxəssisin hərəkəti dünya futbolunda nadir hadisədir.
Görüş 0:3 rəqibin xeyrinə bitib.