Dünyanın ən çox qazanan idmançısı bəlli oldu – Ronaldu və Messi siyahıda neçəncidir?

Nüfuzlu ABŞ portalı “Sportico” bütün zamanların ən çox qazanan idmançılarının reytinqini dərc edib. Siyahıya əfsanəvi basketbolçu, NBA-nın altıqat çempionu Maykl Cordan rəhbərlik edir.

Allsport.az xəbər verir ki, Cordanın karyerası boyu əldə etdiyi gəlir inflyasiya nəzərə alınmaqla 4,5 milyard dollar qiymətləndirilir. İkinci pillədə qolf əfsanəsi Tayger Vuds (2,88 mlrd $), üçüncü yerdə isə futbol ulduzu Kriştianu Ronaldu (2,52 mlrd $) qərarlaşıb.

“Sportico”nun versiyasına görə tarixin ən çox qazanan TOP-10 idmançısı:

  1. Maykl Cordan (basketbol) – 4,5 mlrd $
  2. Tayger Vuds (qolf) – 2,88 mlrd $
  3. Kriştianu Ronaldu (futbol) – 2,52 mlrd $
  4. Lebron Ceyms (basketbol) – 2,03 mlrd $
  5. Lionel Messi (futbol) – 1,99 mlrd $
  6. Arnold Palmer (qolf) – 1,85 mlrd $
  7. Cek Niklaus (qolf) – 1,83 mlrd $
  8. Devid Bekhem (futbol) – 1,68 mlrd $
  9. Rocer Federer (tennis) – 1,67 mlrd $
  10. Floyd Meyvezer (boks) – 1,57 mlrd $

Həmin kateqoriyadan