- Baxış sayı: 20
- 05 Dekabr 2025 17:24
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

“Dünyanın ən gözəl futbolçusu” hesab edilən Ana Mariya Markoviç İsveçrə çempionatında “Sürix”lə oyunda ağır zədə alıb. Allsport.az xəbər verir ki, onun meydana qayıtmasının çox uzun zaman alacağı bildirilib.
“Qrasshopper” klubun hücumçusu pərəstiş etdiyi Kriştianu Ronaldu ilə bağlı təəccüblü açıqlamalar verib. Xorvatiyalı “Kriştianu Ronaldunun sayəsində futbolçu oldum. O, hər zaman mənim ilham mənbəyim olub. Ona görə də “7” nömrəli köynəyi geyinirəm” deyib.
Xatırladaq ki, adı çəkilən futbolçu ötən ilin noyabrında “Dalğa arena”da qadın millimizlə yoldaşlıq oyunlarında iştirak edib. İlk görüş 0:0 bitib, digərində qonaqlar 2:1 seviniblər. “Qrasshopper”in kişilərdən ibarət klubunda seçməmizin hücumçusu Renat Dadaşov çıxış edir.




