- Baxış sayı: 37
- 23 Aprel 2025 15:27
- Baxış sayı: 62
- Aprel 24, 2025
- 0
9 iyunda dənizkənarı bulvarda dünyanın ən həyəcanlı sürüşmə yarışlarından biri olan “Red Bull Avtopark Drift”in Azərbaycan üzrə finalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı fünya finalında vəsiqə qazanacaq. Həlledici mərhələ Omanda keçiriləcək.
Azərbaycan avtomobil federasiyasının təşkilatı dəstəyi ilə özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Avtopark Drift” yarışında ən bacarıqlı 16 nəfər milli final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.
2012-ci ildə Əbu-Dabidə ən uzun sürüşmə edərək adını Ginnesin “Rekordlar kitabı”na yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya səfər edəcək.
Bu il tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı həyata keçirilir.