- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Kamran Ağayev bura gələndə hazır deyildi. Tam vəziyyətdə olanda isə zədələndi”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Mlada” klubunun baş məşqçisi deyib. Duşan Uxrin yerli mətbuata müsahibəsində mövsümün ilk yarısını dəyərləndirib. O, bir müddət əvvəl komandadan ayrılaraq, Azərbaycana qayıdan və “Keşlə” ilə müqavilə imzalayan millimizin qapıçısı Kamran Ağayevin gedişinə də münasibət bildirib. Apasport.az-ın məlumatına görə, mütəxəssis, 32 yaşlı qolkiperin Çex Respublikasına uyğunlaşa bilmədiyini vurğulayıb:
“Kamranın işi qırmızı vərəqə aldığı matçda bağlandı. Ancaq bununla onun zəif qapıçı olduğunu demək istəmirəm. Sadəcə, burda kollektivə və mühitə uyğunlaşa bilmədi. Həmçinin, çempionata da öyrəşməkdə çətinlik çəkdi. O, gedişindən sonra yerinə yeni qapıçı almamışıq. Komandada 2 gənc qolkiper var: Ludek Vejmola və Martin Yedliçka. Onların hər ikisi burda inkişaf edə biləcək”.
Qeyd edək ki, ötən ilin yayında “Mlada” ilə müqavilə bağlayan Kamran Ağayev mövsümün ilk dövrəsi başa çatmamış klubla vidalaşıb. O, Çex klubunun heyətində keçirdiyi 7 matçda qapısında 12 qol görüb.