- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer “Liverpul”un baş məşqçisi Yurgen Kloppun işini yüksək qiymətləndirərək, onun gələcəkdə “Bavariya”ya rəhbərlik edə biləcəyi barədə fikirlərini bildirib:
“Bu, yalnız ondan asılıdır. Düşünmürəm ki, “Bavariya”a buna qarşı olar, çünki o, tanınmış, çox yaxşı, təcrübəli, taktiki cəhətdən ağıllı, bütün futbolçuların və idmançıların böyük hörmətini qazanmış məşqçidir.
İstəyib-istəməməsi, təbii ki, onun işidir. Ola bilsin ki, əvvəlcə fasilə vermək istəyir. Ola bilsin ki, o, artıq gündəlik işlə məşğul olmaq istəmir – mən onun bir gün milli komandanın məşqçisi olacağını təsəvvür edə bilərəm”.
Daha əvvəl alman mütəxəssis mövsümün sonunda “Liverpul”u tərk edəcəyini rəsmən açıqlamışdı.