- Baxış sayı: 50
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Formula-E sıralamasının çempionu Nik de Vris yeni mövsüm F1 çempionatında debüt edəcək. Allsport.az saytı xəbər verir ki, İtalyanın “Alfa Tauri” komandasının mətbuat xidməti niderlandlı gənc sürücüdən yeni mövsüm öncəsi müsahibə alıb.
– Avtoidmana necə gəldiniz?
– Ailəmin sahəsində. Atamın avtosalonları var idi və vaxtı ilə özüdə yarışlarlarda iştirak edib. Əslində, mənim ailəm həmişə avtomobil biznesi ilə məşğul olub. Ulu babam da dilerlərlərinə rəhbərlik edib sonradan bu ailə biznesi atamın səlahətinə keçib. Lakin o, bütün vaxtını və enerjisini karyerama həsr etmək üçün biznesini satdı. Avtoidmanla məşğul olmaq arzusu təkcə mənim deyil, həm də onun idi.
– Komanda yoldaşınız Yuki Tsunoda ilə tanışsınız. İlk dəfə nə vaxt görüşmüsünüz?
– Səhv etmirəmsə, ilk dəfə 2020-ci ildə tanış olmuşuq. Avstriyanın Spilberq şəhərində “Red Bull Racing” və “Alfa Tauri” nin birgə marketinq tədbirinə ev sahibliyi edirdi, mən isə həmin həftə sonu ELMS yarışında iştirak edirdim. Monakoya birlikdə qayıtdıqdan sonra qran pridən əvvəl tanış olduq. Hər kəs onun necə maraqlı insan olduğunu bilir, o vaxtdan onunla əlaqədəyik.
– Gənclik illərində İtaliyada çox yaşamısınız. Bu nə ilə bağlıdır?
– Kartinq İtaliyada çox inkişaf edib, çünki bir çox kart istehsalçı markaları burada yerləşir. Nəticədə beynəlxalq səviyyədə kartinqlə məşğul olmağa başlayanda İtaliyada çox vaxt keçirmişəm. Nəticədə İtalyan dilini də öyrəndim. “Alfa Tauri” yə keçid isə artıq mənim biliklərimi təkmilləşdirməyə kömək etdi.
– Karyeranızın əsas məqamları vurğuluyardınız?
– Mənim eniş-yoxuşlarlan ibarət karyeram olub. Ən parlaq epizoddan danışsaq, Formula-2-də qələbəmi vurğulaya bilərəm. Uzun müddətdir idi ki, bu nəticəyə can atırdım. Mən Formula-1 də çıxış etməyi xəyal edirdim və Formula 2-dəki uğurum məqsədə çatmağım üçün vacib idi. Formula-2-dəki titulum mənim üçün çox vacib idi.
– 2023 Formula-1 təqvimində ən çox sevdiyiniz tras hansıdır?
– Əlbəttə ki, Zandvoort. İstənilən avtopilot öz ev yarışında çıxış etməyi xəyal edir və Niderland qran prisi festivala bənzəyir. Düşünürəm ki, evdə azarkeşlər önündə ötüşmək məni həyəcanlandıracaq. Yarışda çılğın atmosfer var və mən bunu hollandiyalı Formula-1 sürücüsü kimi hiss etmək istəyirəm.
– Siz artıq Formula-E üzrə dünya çempionu olmusunuz. Formula-1 də buna görə əlavə təzyiq hiss edirsinizmi?
– Mən keçmiş haqqında çox düşünməyi sevmirəm. Əlbəttə, Formula-E dəki titul mənim Formula-1 yarışlarına gedən yolum olub, lakin mən gələcəyə baxmağa üstünlük verirəm. Mən bu titulu əldə etdiyimə görə şanslıyam, amma Formula-1 də məni yeni çağırışlar gözləyir.
– Siz Maks Ferstappeni uşaqlıqdan tanıyırsınız. Münasibətləriniz necədir?
– Maks və mən bir-birimizi çoxdan tanıyırıq, eyni vaxtda kart yarışlarında iştirak etmişik. Keçən il Monza trasında ilk dəfə bərabər yarışdıq, bu möhtəşəm idi. Gözəl münasibətimiz var, atalarımız bizim karyeramızda fəal rol oynayıb. Bir-birimizə böyük hörmətimiz var. Ondan yaşda böyük olsam da, mən Maksı Formula-1 çempionatında böyük qardaşım hesab edirəm. O, çox nailiyyətlər əldə edib və onun daha çox təcrübəsi var.
– Hobbiniz nədir?
– Etiraf edirəm ki, həyatımın çox hissəsi yarışlarda keçirmişəm. Ancaq karantin zamanı mən pianoda ifa etməyi öyrənməyə başladım. Mənim ümumiyyətlə musiqi təhsilim olmasa da, aləti çox bəyəndiyim üçün onu mənimsəməyə qərar verdim. İndi bütün məhdudiyyətlər aradan qaldırılıb, ona görə də mən boş vaxtımı açıq havada keçirməyi, idmanla məşğul olmağa və ailəmlə birlikdə dincəlməyə üstünlük verirəm.
– Hansı futbol komandasına azarkeşlik edirsiniz?
– Yerli Heerenveen klubunu dəstəkləyirəm. Hətta mənim dəbilqəmin dizaynında komandaya aid dizayn da var. Mavi və ağ, eləcə də ürəklər əyalət bayrağının bir hissələridir. Komandanın oyun forması bu uslubda hazırlanıb, ona görə də bu elementləri dəbilqəmin dizaynına daxil etmişəm.
– Hansı geyim tərzinə üstünlük verirsiniz?
– Hər kəsin öz üslubu olması xoşuma gəlir, bu amil insanın xarakterini bildirir. Gündəlik Eleqant üslubuna üstünlük verirəm.
– 2023-cü ildə “Alfa Tauri”də yarışaçağınızı dediyiniz ilk şəxs kim idi?
– Müqavilə ilə bağlı ilk danışdığım şəxs Pyer Qasli olub. İdman zalında olarkən məni təbrik etmək üçün Face Time vasitəsilə mənimlə əlaqə saxladı. Təbii ki, ailəm öncədən xəbərdar idi və müqaviləm rəsmiləşəndən sonra atama məlumat verdim.