- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Tokio-2020 yay olimpiya oyunlarının başlamasına düz bir ay qalır. Allsport.az saytı xəbər verir ki, təşkilatçılıqla bağlı bəzi məsələlərə hələ tam aydınlıq gətirilməməsinə baxmayaraq, bütün dünyadan gələcək idmançıların qəbulu üçün hazırlıq işləri sürətlə davam edir.
Oyunlar iyulun 23-də koronavirus pandemiyasına görə bir il davam edən fasilədən sonra başlayacaq. Yarışların iştirakçısı olacaq idmançıların cari ayda başa çatacaq təsnifat turnirlərindən sonra bəlli olacağı da qeyd edilir. Yaponiyaya gələcək idmançılar bütün ölkə üzrə müəyyən edilmiş təlim-məşq bazalarına yollanacaqlar.
Bu ərəfədə Tokio olimpiya oyunlarının təşkilatçıları yarışların keçiriləcəyi obyektlərdə spirtli içkilərin satışının qadağan ediləcəyi barədə qərarlarını açıqlayıblar. Bu qərara görə, tamaşaçılardan bütün növ spirtli içkilərdən imtina etmələri tələb olunacaq.
Təşkilat komitəsinin sədri Seyko Haşimotonun bildirdiyinə görə, təşkilatçılar hazırda tədbirlərin təşkili qaydalarını dəqiqləşdirməklə yanaşı, tamaşaçıların profilaktik tədbirlərə əməl etməsini və ucadan danışmaması kimi halları da araşdırırlar.