- Baxış sayı: 13
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 8-ci turunun “Səbail” – “Qəbələ” oyunundan (1:2) sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: “Oyunun ağır keçəcəyini bilirdik. “Səbail” heyətində keyfiyyətli futbolçular olan yaxşı komandadır. Məşqlərimizi və oyunlarımızı təbii ot örtüyünə malik meydanda keçiririk. Təbii örtükdən süniyə keçəndə təsirsiz olmur. Ümumi oyunu dəyərləndirsək, komanda meydanda görmək istədiyimiz oyunu nümayiş etdirdi.
Düşünülmüş hücumlarımız oldu ki, daim bunun üzərində işləyirik. Futbolçuları təbrik edirəm. İnanıram ki, qarşıdakı görüşlərdə daha məzmunlu oyun göstərəcəyik. Qırmızı vərəqədən sonra rahat olmadı. Hesab bizi önə çıxmağa məcbur edirdi. Ona görə daha böyük qüvvə ilə hücuma keçirdik. Rəqibin də bizi əks-hücumda yaxalaması normal idi. Komandama təşəkkür edirəm ki, düzgün reaksiya verib qələbə qazandı. Ülvi İsgəndərov komandanın ən önəmli futbolçularından biridir. Bizim heyətdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur”.