Dyomindən rekord

“Bruklin Nets”in müdafiəçisi Yeqor Dyomin NBA-nın müntəzəm çempionatında “Qolden Steyt”ə qarşı keçirilən oyunda (107:120) 23 xal toplayaraq klub tarixinə düşüb.

Allsport.az xəbər verir ki, 19 yaşlı basketbolçu bu matçda 7 üç xallıq atış reallaşdıraraq “Nets” tarixində debütantlar arasında rekordu yeniləyib. O, Kerri Kittlz (1997) və Boyan Boqdanoviçin (2015) 6 üç xallıq göstəricisini geridə qoyub.

2025-ci ilin draftında 8-ci nömrə altında seçilən Dyomin, NBA draftının ilk onluğuna düşən ilk rusiyalı basketbolçudur. 2025/2026 mövsümündə o, artıq 28 qarşılaşmada iştirak edib.

Həmin kateqoriyadan