- Baxış sayı: 25
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 207
- Fevral 04, 2026
- 0

İspaniya La Liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Barselona” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb. İsrafilov matçın 46-cı dəqiqəsindən etibarən meydana çıxıb. O, 90-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Eybar” hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.