- Baxış sayı: 27
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 197
- Fevral 04, 2026
- 0

İspaniya La Liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Malaqa” ilə qarşılaşıb. Matç qolsuz başa çatıb. İsrafilov bu oyunda yeni klubundakı ilk matçına çıxıb. Belə ki, o, 66-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü debüt oyununda sarı vərəqə almaqla (74-cü dəqiqədə) diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, cari mövsümdə ilk dəfə xal itirən “Eybar” hazırda 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.