- Baxış sayı: 66
- 27 Mart 2026 18:30
- Baxış sayı: 68
- Mart 29, 2026
- 0

İspaniya Sequndasında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Kadis” səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:3. Yarımmüdafiəçimiz start heyətdə meydana çıxıb. O, 68-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
Bu üzdən onun qarşıdakı Norveç və Çex Respublikası komandaları ilə seçmə mərhələ oyunlarında iştirakı sual altına düşüb. Qeyd edək ki, “Kadis” 8 turdan sonra 8 xalla 22 klub arasında 17-ci sıradadır.