- Baxış sayı: 65
- 27 Mart 2026 18:30
- Baxış sayı: 29
- Mart 29, 2026
- 0

İspaniya Sequndasında 2-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kadis” doğma meydanda “Malyorka” ilə qarşılaşıb.
Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Futbolçumuz yeni komandasında debüt edib. O, hesab 1:1 olarkən, 79-cu dəqiqədə meydana çıxıb. “Kadis” 2 turdan sonra 2 xalla 22 klub arasında 12-ci yerdədir.