- Baxış sayı: 27
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

İspaniyanın ikinci liqasında 38-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kordoba” səfərdə autsayderlər qrupunda qərarlaşan “Lyaqostera” ilə qarşılaşıb.
Görüş “Xəlifələr”in məğlubiyyəti ilə başa çatıb – 0:1. Həmvətənimiz bu görüşə start heyətdə başlayıb və 66-cı dəqiqədə əvəzlənib. “Kordoba” hazırda 55 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.