- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Vətənə döndüyüm üçün çox xoşbəxtəm. Özümü evimə dönmüş kimi hiss edirəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin venesuelalı futbolçusu Edson Kastilyo deyib. Müqavilə ilə Azərbaycan klubuna məxsus olan futbolçu növbəti 6 ayı vətənində çıxış edəcək. “Mineros Quayana”nın şərəfini qoruyacaq yarımmüdafiəçi Venesuela mətbuatına açıqlama verib. O, ölkəmizdən müsbət əhval-ruhiyyə ilə ayrıldığını, “Neftçi” karyerasının faydalı olduğunu bildirib:
“Avropa karyeramdan da razı qaldım. Çünki orada çox müsbət məqamlarla üzləşdim. Ən əsası isə “Köhnə qitə”də çıxış etdiyim bir ildə böyük təcrübə qazandım. Fərqli həyat tərzi, fərqli futbol gördüm. İndi özümü daha məsuliyyətli hesab edirəm. Ümid edirəm ki, komanda ilə görüşüb, vacib oyunçularından birinə çevriləcəm”.
Apasport.az-ın məlumatına görə, avqustun 4-də yeni komandasına qoşulacaq Edson “Neftçi”də 1 il çıxış edib. O, 2016-cı ilin yayında məhz “Mineros Quayana”dan Bakı klubuna keçmişdi.