- Baxış sayı: 34
- 29 Mart 2026 12:01
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Allsport.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq qapıçısı Edvin van der Sarın həyat yoldaşı Annamari, nevroloji problemlərdən sonra hazırda reanimasiyada olan ərinin durumundan danışıb:
“Edvin hələ də reanimasiyadadır, lakin vəziyyəti stabildir. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Onun vəziyyətinin necə inkişaf edəcəyini görmək üçün səbirlə gözləməliyik”.