Əfqan Səfərovun 27-ci beynəlxalq memorialı keçirilib

Allsport.az saytı xəbər verir ki, açılışda çıxış edən Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov, əməkdar məşqçinin ölkəmizdə bu idman növünün inkişafı yolunda xidmətlərindən danışaraq, bu yarışın idmançıların nüfuzlu beynəlxalq turnirlər üçün təcrübə əldə etməsi, bacarıqlarını göstərməsi üçün yaxşı imkan olduğunu bildirib.

Gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyeva memorialın yüksək statusunu xatırladaraq, müxtəlif ölkələrin atletləri arasında gərgin rəqabətin idmançılarımız üçün də faydalı olacağını diqqətə çatdırıb. Turnirdə Gürcüstan, Qırğızıstan, Tacikistan və Oman idmançıları da mübarizə aparıb.

Ümumilikdə, 70-ə yaxın idmançı müxtəlif məsafələrə qaçış, uzunluğa tullanma, üç təkanla tullanma, nüvə itələmə və lövhə atma üzrə qalibləri müəyyən ediblər. Yarış Paris yay olimpiya oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından əhəmiyyət daşıyıb.

100 metr məsafəyə qaçış, kişilər

1. İldar Ahmadiyev (Tacikistan)
2. Abdul Aziz Nasser Al-Reyami (Oman)
3. Anas Nasser Al-Reyami (Oman)

100 metr məsafəyə qaçış, qadınlar

1. Lamiyə Vəliyeva
2. Lika Xarçilava (Gürcüstan)
3. Fəridə Rzayeva

200 metr məsafəyə qaçış, kişilər

1. İldar Ahmadiyev (Tacikistan)
2. Novruz Əsədli
3. Aleksey Əliəkbərov

200 metr məsafəyə qaçış, qadınlar

1. Lamiyə Vəliyeva
2. Ani Mamataşvili (Gürcüstan)
3. İlahə Quliyeva

400 metr məsafəyə qaçış, kişilər

1. Səid Səfərli
2. Elmir Cəbrayılov
3. Cavid Məmmədov

800 metr məsafəyə qaçış, kişilər

1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. Səid Məmmədov

800 metr məsafəyə qaçış, qadınlar

1. Nila Heydərova
2. Günel Manafova
3. Fidan İslamova

Uzunluğa tullanma, kişilər

1.Nazim Babayev
2. Kəsgin Abbaszadə
3. Laşa Qulelauri (Gürcüstan)

Uzunluğa tullanma, qadınlar

1. Samargül Aliya (Qırğızıstan)
2. Sabina Batacıyeva (Qırğızıstan)
3. Yelena Pextireva

Üçtəkanla tullanma, kişilər

1.Rəvan Behbudov

Üçtəkanla tullanma, qadınlar

1. Yekaterina Sarıyeva

Nüvə itələmə, kişilər

1.Georgi Mujaridze (Gürcüstan)
2. İsmayıl Əliyev
3. Tofiq Məmmədov

Nüvə itələmə, qadınlar

1. Sopiko Şatirişvili (Gürcüstan)
2. Səkinə Hacızadə
3. Aysel Rəhimli

Lövhə atma, kişilər

1. Temuri Abulaşvili (Gürcüstan)
2. İsmayıl Əliyev
3. Yusif Nəzərov

Həmin kateqoriyadan