Əfsanələrin oyununda “Real” qazandı

Kosta-Rikada “Real Madrid” və “Barselona” klublarının veteran ulduzları arasında yoldaşlıq görüşü keçirilib. Allsport.az xəbər verir ki, Ronaldinyo, İker Kasilyas və Karles Puyol kimi dünya ulduzlarının meydana çıxdığı matçda “kral klubu” 2:0 hesablı qələbə qazanıb.

Madridlilərin qollarını 24-cü dəqiqədə Antonio Nünes və 27-cü dəqiqədə Quti imza atıblar.

Komandaların heyətləri:

  • “Real”: Kasilyas, Pepe, F. Sans, R. Bravo, İ. Kampo, Makelele, Quti, De la Red, Nunyes, Konqo, Balboa.
  • “Barselona”: Bayya, Montoya, Puyol, Valyente, Navarro, Mendyeta, Krosas, Koku, Jüli, Rivaldo, Ronaldinyo.

Həmin kateqoriyadan