“Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik”

Sabah “Sumqayıt” konfrans liqasının 2-ci seçməsində Macarıstanda yerli “Fehervar” klubu ilə cavab oyununa (ilk görüş – 1:2) çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında baş məşqçimiz Samir Abbasov açıqlama verib:

“Matçın çətinliyi haqda nəsə demək şablon çıxacaq. Rəqibin çempionatda keçirdiyi oyunu da izləmişik. Ümid edirəm ki, maraqlı qarşılaşma olacaq – Sumqayıtdakı kimi. İstəyirəm ki, oyun bu dəfə də hakimlərin səhvi ilə yadda qalmasın.

Bura yaxşı motivasiya ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkilər, heyətdəki çatışmazlıqları kənara atmışıq və yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz təcrübəmizə, xeyrimizə çevirə biləcəyik.

Hesab bəllidir, itirəcəyimiz nəsə yoxdur. Hələ heç nə bitməyib. Oyuna çox ümidliyəm və futbolçularıma inanıram. Bu yöndə uşaqları kökləməyə çalışacam”.

Həmin kateqoriyadan