- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

“Əl-Hilal”ın baş məşqçisi Xorxe Jesus postunu tərk edib.
Allsport.az xəbər verir ki, bu barədə xarici mənbələr məlumat yayıb. Ancaq hələlik klubdan rəsmi məlumat yoxdur.
Daha öncə bildirilirdi ki, 70 yaşlı mütəxəssis mayın 3-də keçirilməsi nəzərdə tutulan Asiya çempionlar liqasının finalı başa çatana qədər Səudiyyə klubunda çalışacaq. Ancaq “Əl-Hilal” “Əl-Əhli”yə uduzaraq (1:3) finala yüksələ bilməyib.
Bundan əvvəl Xesusun Braziliya millisinin baş məşqçi postunun əsas namizəd olduğu barədə də məlumat yayılmışdı.