- Baxış sayı: 22
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Mövsümün ilk yarısını 1-ci divizionda 30 xalla lider kimi tamamlayan “Sumqayıt”ın əvəzediciləri hazırlığı başa vurmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, təxminən 2 aylıq fasilədən sonra komanda təlim-məşq toplanışını yekunlaşdıraraq fevralın 7-də 3-cü dövrənin ilk oyununa çıxacaq. “Sumqayıt arena”nın köməkçi meydançasında “Keşlə ilə mövsümün ikinci yarısına start verəcək “Sumqayıt-2″nin baş məşqçisi Elbrus Məmmədov hazırlığı dəyərləndirməklə yanaşı komandanın əsas hədəfini də açıqlayıb:
“Sumqayıt-2″nin təlim-məşq toplanışı ötən həftə başa çatdı. Normal hazırlıq keçdiyimizi düşünürəm. Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirdik. “Şahdağ”, “Qarabağ-2”, “Uğur” və “Səbail-2″ ilə oyunlarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atdıq. Kollektivimizi çempionata 70-80 faiz hazır saya bilərik. Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Cüzi çatışmazlıqlar var, onları da yoluna qoyub ikinci dövrəyə inamla start verəcəyimizə inanıram”.
Elbrus Məmmədov komandaya cəlb olunmuş yeni futbolçularla yanaşı, kollektivdən ayrılan oyunçuların kimliyinə də aydınlıq gətirib: “Ricat və Qara Qarayev qardaşları, İbrahim Əliyev komandamıza yeni qoşulan futbolçulardır. Qeyd edim ki, İbrahim “Qarabağ”dan icarə əsasında komandamızda çıxış edəcək. Bundan başqa, akademiyamızın yetirməsi olan Əli Kərimov hərbi xidmətini başa vuraraq yenidən düşərgəmizə qayıdıb. Qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçimiz Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır”.
Qeyd edək ki, “Sumqayıt-2” “Keşlə-2” oyunu fevralın 7-də “Sumqayıt arena”nın köməkçi meydançasında keçiriləcək və saat 15:00-da start götürəcək.