- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinatını alıb.
Allsport.az xəbər verir ki, Məsiyev UEFA millətlər liqasının “C” liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andrew Madley olacaq.
Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.