Əli Qoça “Qarabağ” geyimi verildi

“Qarabağ”ın baş direktoru və idarə heyətinin üzvü Əmrah Çəlikəl və idarə heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan “Fənərbağça”nın prezidenti Əli Qoçla görüşüblər.

Allsport.az xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub..

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə  uğurlar arzulayıblar. Görüşün sonunda Əli Qoça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Həmin kateqoriyadan