- Baxış sayı: 16
- 09 Aprel 2025 15:20
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan super liqasının oyununa təyinat alıb.
Allsport.az xəbər verir ki, Yunanıstan futbol federasiyasının dəvətinə əsasən, o, super liqanın çempionluq qrupunun XXXIV turu çərçivəsində aprelin 28-də keçiriləcək “Panatinaikos” – “Aris” oyununun baş hakimi olacaq.
“Apostolos Nikolaidis” stadionunda baş tutacaq qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Fotios Polychronis yerinə yetirəcək. Matçda Kamal Umudlu VAR, Andreas Fotopoulos AVAR hakimi kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, “Panatinaikos” – “Aris” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq