- Baxış sayı: 65
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 71
- Oktyabr 17, 2024
- 0
Allsport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov mart qeydlərində daha bir neçə məsələyə toxunub. O, bildirib:
“Bu il bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin 7-ci beynəlxalq konfransı Bakıda keçiriləcək. Konfransa hazırlıq məqsədilə Parisdə YUNESKO-ya üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyası uğurla keçdi.
100-dək ölkə nümayəndəsinin iştirak etdiyi iclasda mötəbər tədbirə hazırlıq, təşkilati məsələlər barədə, eləcə də Bakı şəhəri haqqında təqdimatlar oldu. Tədbirdə göstərdiyi dəstəyə görə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayevə və nümayəndəliyin kollektivinə təşəkkür edirəm”.