Elmar Baxşıyev: 2-ci hissədə müdafiədə boşluqlar verdik

Premyer liqanın XVIII turunda “Qarabağ” – “Qəbələ” oyunundan (5:1) sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: 

“Bilirdik ki, çətin oyun gözləyir. “Qarabağ”ın reklama ehtiyacı yoxdur. Çempionatın vahid lideridir. Matçdan öncə də komandanı ağır oyuna hazırlamışdıq. İnanırdıq ki, komanda “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə biləcək.

İlk hissədə düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdıq. Əlbəttə, bir daha vurğulayım ki, “Qarabağ” imkan verdiyi qədər. İkinci hissədə rəqib tempi artırandan sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan istifadə etdi. Ümumi qırılma nöqtəsinin olduğunu deməzdim”.

Həmin kateqoriyadan