- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 7-ci turunda “Qəbələ” səfərdə “Zirə”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların məşqçisi Elmar Baxşıyev bunu deyib:
“Uduzduğumuz oyunu analiz edib, bu barədə danışmaq çətindir. Bu üzdən çox danışmağa ehtiyac yoxdur. Sanki qara zolaqdayıq. Komanda yaxşı oynamaq, nəticə qazanmaq istəyir, lakin alınmır. Sanki nə isə çatışmır. Bu duruma klub kimi düşmüşük və klub olaraq bir yerdə çıxacağıq.
Bu matçda 1 xal qazansaydıq da, razı qalmazdıq. Əvvəlki matçlarla müqayisədə komandada eniş hiss olunur. Həmin qarşılaşmalarda hücumlar edir, istifadə edə bilməsək də qol imkanları yaradırdıq. Amma bugünkü görüş göstərdi ki, komandanı sanki silkələmək, ayıltmaq lazımdır.
Matçın protokolunda az oyunçunun adının olması cəzalı və zədəli futbolçularla bağlıdır. Həm də U-19-un oyunu olduğundan gəncləri heyətə qatmamışdıq”.