- Baxış sayı: 17
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 5-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis oyunu şərh edib:
“İndiki durumda futbol ikinci plana keçir. Biz komanda olaraq bütün fikrimiz cəbhə bölgəsindədir. Hər gün Ordumuzdan yeni zəfərlər gözləyirik. İnanırıq ki, Ordumuz bizi sevindirəcək və öz torpaqlarımızı qaytaracağıq. Oyuna gəlincə, çətin olacağını bilirdik. “Sumqayıt” gənclərdən yaxşı təşkil olunmuş komandadır.
Rəqib sürətli futbolu xoşlayır. Matça yaxşı hazırlaşmışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Artıq 5 tur keçib. Hər qarşılaşmada hücumda oynayır, sırf arxa xətdə oturmuruq. Mən müdafiə futbolunu xoşlamıram. Müdafiədə olanda da hücumu düşünürük. Oyun ərzində yaratdığımız epizodlar da bunu göstərir. İnanıram ki yeni qoşulan Ceyms Adeniyi də komandaya fayda verəcək.
Futbolçulardan razıyam, hücumda göstərdiyimiz oyundan məmnunam. Bütün futbolçuları əsas heyət üzvü kimi görürük. Yurgen Qoxanın zədəsi olduğu üçün onu qoruduq ki, durumu daha ciddiləşməsin. Murad Musayevin göstərdiyi əzmkarlıqdan razı qaldıq. Rafael Utziqin əvəzlənməsi yorulması ilə bağlıdır. Həm özü bunu istədi, həm də hücumda kreativliyi artırmaq çalışdıq”.