- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xorvatiya “Duqopolye”sinin azərbaycanlı yarımmüdafiəçisi Elnur Cəfərov yeni klubundan razıdır. Allsport.az saytı xəbər verir ki, bunu həmkarımızla söhbətdə aydın etmək olur. Keçmiş “Xəzər Lənkəran”lı azerisport.az-a müsahibəsində ümumi vəziyyətə qiymət verib.
– Yeni klubunuzda işləriniz necə gedir?
– Hər şey yaxşıdır. Komandaya yığmanın toplanışından sonra – sentyabrın 8-də qoşuldum, ayın 9-dan isə ilk məşqə, növbəti gün isə çempionatda ilk oyunuma çıxdım. İkinci hissədə meydana buraxdılar, 30 dəqiqə oynadım.
– Debütünüz necə alındı?
– İlk dəfə üçün pis deyildi. Onu da nəzərə almaq lazımdır ki, komanda ilə cəmi bir məşqə çıxmışdım. Bu gün növbəti turdur. Böyük ehtimalla, yenə sonradan meydana çıxacağam. Çünki hələ komandaya uyğunlaşmağım lazımdır.
– Yığmamızın baş məşqçisi Robert Prosineçki hələ sizə baş çəkməyib?
– Hələ yox. Biz Zaqrebdə bazalaşmamışıq. Əminəm ki, oyunumuz paytaxtda olsa, o da Xorvatiyada olsa, oyunumuza gələr.
– Sizi komandada necə qarşıladılar?
– Çox yaxşı.
– Milli komandaya dəvət alan futbolçunun aşağı divizion klubuna keçməsini heç kim qəribə qarşılamadı?
– Xeyr. Bura oyun təcrübəmi yaxşılaşdırmaq üçün gəlmişəm. Mən oynamalıyam.
– Orada da Lənkəranın seriya nömrəsini (42) almısınız?
– (gülür) Burada elə imkanım olmayıb. Çünki komandaya çox gec qoşuldum. Nə verdilər, onu da götürdüm. Sifariş də etməmişəm. İlk oyunumda deyəsən, 22 nömrəli formada oynadım.