- Baxış sayı: 32
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 108
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin futbolçuları – Elşən Abdullayev və Fəhmin Muradbəyli Topaz Premyer Liqasının 13-cü turunun “Xəzər Lənkəran”la səfər oyunundan sonra fikirlərini bildiriblər. Allsport.az xəbər verir ki, 2:0 hesablı qələbədə qolla pay sahibi olan oyunçular bunları söyləyiblər:
Elşən Abdullayev: “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı intriqanı hər kəs bilir. Şükürlər olsun ki, bu gün qalib gəldik, bunu çox istəyirdik. Bizim üçün çempionatda ən vacib oyunlardan biri idi. Bu oyunda qol vurmağım da sevindirici haldır, amma ən əsası odur ki, qələbə qazandıq”.
Fəhmin Muradbəyli: “8 ildən sonra tilsimi qıra bildik. Bunda mənim də rolum olduğu üçün çox şadam. Bütün komanda yoldaşlarımı təbrik edirəm, çox əziyyət çəkdilər. İstəyim hər oyunda qol vurmaqdır. Qol vurmaq özünəinamı artırır, məndə də özümə inam artıb. İnşallah, belə qələbələrlə azarkeşlərimizi sevindirərik”.