Elşad Əhmədov: Çatışmayan cəhət hesabda önə keçib, son dəqiqələrdə qol buraxmağımızdır

“Sabah” Türkiyənin Bolu şəhərində тövbəti mövsümə hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Elşad Əhmədov təlim-məşq toplanışı barədə fikrini açıqlayıb:

“Ayın 16-dan Türkiyədə təlim-məşq toplanışındayıq. Burda daha çox taktiki-texniki tapşırıqlar üzərində işləyirik. Əvvəlcədən hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq. Artıq 2 görüş keçirmişik. Hər iki qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sevindirici haldı ki, Bakıda keçdiyimiz fiziki hazırlığın bəhrəsini burda görürük. Uşaqlar canla-başla çalışırlar. Çatışmayan cəhət odur ki, hər iki oyunda 1:0 hesabıyla önə keçsək də, son dəqiqələrdə qol buraxdıq. Deməzdim ki, bu, fiziki hazırlıqla bağlıdır.

Çatışmayan cəhətlərimiz var. Keçirdiyimiz oyunlarda taktiki planda boşluqlar verdik ki, rəqib də bundan istifadə etdi. Məşqlərdə bu çatışmazlıqlar üzərində işləyirik. Daha 2 oyunumuz var. Hazırda bu matçlara hazırlaşırıq. Bir neçə futbolçumuz zədəlidi. Fərdi məşq edən oyunçularımız da var. Əsas məqsədimiz avqustun 11-də başlayacaq Azərbaycan çempionatına tam hazır olmaqdı. Uşaqlardan tam razıyam. İşimizi davam etdiririk”.

Həmin kateqoriyadan