- Baxış sayı: 14
- 28 Noyabr 2024 10:42
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Antalyada təlim-məşq çərçivəsində Qazaxıstanın “Tobol” klubuna qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 2:2 hesabı ilə bitən matçla bağlı bunu söyləyib:
“Tobol” Qazaxıstanın 3-4 ən güclü komandasından biridir. Klub oturuşmuş heyətə, səviyyəli legionçulara və millinin üzvü olan futbolçulara malikdir. 1-ci hissənin ilk 10-15 dəqiqəsindən sonra futbolçularım oyunu tam ələ aldılar. Qısa və orta ötürmələr hesabına hücumlar qururduq.
Düzdür, boşluqlarımız da var idi. Ancaq nəzərə alsaq ki, fiziki hazırlıq məşqlərindən sonra ikinci oyunumuzu keçirirdik, komandanın ilk hissədəki çıxışından razı qalmaq olar. Havanın küləkli olması oyuna təsir edirdi. Məncə, külək olmasaydı, daha baxımlı futbol izləyərdik. Güclü külək bir çox epizodda ötürmələrin ünvana çatmasına mane olurdu.
İkinci hissənin ilk 10-15 dəqiqəsi yenə bizim üstünlüyümüz şəraitində keçdi. Komanda yaxşı top saxlayırdı. Bu oyunda futbolçularım verilmiş tapşırığın 75-80 faizini yerinə yetirdilər.
Bu, yoxlama oyunudur. Belə matçlarda dəyişikliklər mütləqdi. Əvəzetmələr komandanın oyununa, nəticəyə təsir etdi ki, bu da, başadüşüləndir. Biz bura təlim-məşq toplanışına gəlmişik. Yoxlama oyunlarında hər bir futbolçuya fürsət verəcəyik ki, hamı özünü göstərmək imkanı əldə etsin”.