- Baxış sayı: 27
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
“Sabah” Antalya toplanışını başa vurub. Allsport.az sayrı xəbər verir ki, yanvarın 2-dən Türkiyədə olan debütant yerli “Əskişəhərspor” (1:0) və Macarıstanın “MTK Budapeşt” (3:1) klublarını yenib, Qazaxıstanın “Tobol” (2:2) və İsveçrə “Syon”unu U-21 (4:4) komandası ilə heç-heçə edib. Baş məşqçisi Elşad Əhmədov təlim-məşqi belə dəyərləndirib:
– Təlim-məşq toplanışına yanvarın 2-dən başladıq. İlk 10 gün fiziki hazırlıq üzərində çalışdıq. Sonrakı günlərdə isə taktiki-texniki hazırlığa üstünlük verdik. Bu müddətdə 4 yoxlama görüşü keçirdik ki, bunların da 2-də qalib gəlib, 2-dən heç-heçə ilə ayrıldıq. Çox şükür, oyunları zədəsiz başa vurduq.
– Antalyadakı təlim-məşq toplanışından razı qaldız?
– Bəli, təlim-məşq toplanışından razı qaldım. Futbolçular bu hazırlıqda canla-başla çalışdılar. Yalnız hava ilə bağlı bir az çətinliyimiz oldu. Güclü yağış səbəbindən bir neçə məşqi fitnes zalında keçməli olduq.
– Yoxlama oyunları barədə nə deyə bilərsiz?
– Maraqlı oyunlar oldu. Xüsusilə, 2 və 3-cü oyunlarda rəqibərimizin səviyyəsi daha güclü idi. Həmin qarşılaşmalar komandamın real gücünü görmək baxımından daha əlverişli oldu. Ümumi götürəndə, oyunlarımızdan razı qaldım. Sonuncu, 4:4 hesablı heç-heçə etdiyimiz qarşılaşma da məni razı saldı. Qol buraxsaq da, komandamın 4 qol vurması sevindiricidir. Ümumilikdə, 4 oyuna 10 qol vurduq. Hücum xəttində irəliləyiş olması müsbət məqamdır. Çatışmayan cəhətlərimiz də var. Fasilənin bitməsinə 10 gün qalıb. Bu müddətdə çatışmayan cəhətlərimiz üzərində çalışacağıq.
– Ən razı qaldığınız oyun hansı oldu?
– “MTK Budapeşt”lə oyun məni daha çox razı saldı. Məncə, bu qarşılaşma daha maraqlı alındı. Bundan başqa, “Tobol”la görüşün ilk 60 dəqiqəsində sərgilədiyimiz oyundan da razı qaldım.
– “Sabah” tərəfdarlarına mövsümün ikinci yarısında nə vəd edirsiz?
– Bizim əsas məqsədimizin gəncləri komandamıza qazandırmaqdı. Ancaq əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində də daha yüksək pillələrdə yer alaq.