Elşad Əhmədov: İlk hissənin sonlarında boşluq verdik

“Sabah” ölkə kubokunun 1/4 finalının ilk görüşündə səfərdə “Qəbələ”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, qonaq komandanın baş məşqçisi Elşad Əhmədov yenilgini belə şərh edib:

“Oyun gərgin, maraqlı keçdi. Birinci hissənin sonlarında boşluq verdik ki, bunun da nəticəsində qapımızda qol gördük. İkinci hissədə daha maraqlı oyun izlədik. Qarşılaşmanın sonlarında bir neçə imkanımız olsa da, yararlana bilmədik.

Bu oyunda bir neçə gənc futbolçuya da şans verdik. Onlara da digər futbolçular qədər inanırıq. Bu nəticə cavab oyunu öncəsi rəqibə müəyyən üstünlük verir. Buna baxmayaraq, evdə qələbə qazanaraq, mərhələ keçməyə çalışacağıq”.

Həmin kateqoriyadan