Elşad Əhmədov: İrəli xəttdə problemin olması özünü göstərdi

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqanın 17-ci turunda “Səbail”ə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları görüşdən sonra bunu söyləyib:

İlk hissədə bir neçə qol fürsəti əldə etsək də, dəyərləndirə bilmədik. İkinci hissənin ilk 15 dəqiqəsində rəqib bizim boşluqlarımızı tapdı. Bir neçə qol fürsəti əldə etdilər.

Fasilədən sonra ilk hissədəki kimi qol vəziyyətləri yarada bilmədik. İrəli xəttdə problemin olması özünü göstərdi. “Səbail” ikinci hissədə bizdən daha yaxşı oynadı və qalib gəldi”.

Həmin kateqoriyadan