- Baxış sayı: 5
- 28 Noyabr 2024 13:41
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqasının 20-ci turunda “Keşlə” ilə oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları matçda qol fürsətlərini dəyərləndirə bilmədiklərindən gileylənib:
“Oyuna pis başlamadıq. Bir neçə qol fürsəti əldə etsək də, həmişəki kimi dəyərləndirə bilmədik. Birinci hissənin ilk 15-20 dəqiqəsində normal futbol oynadıq. Ancaq qapımız qarşısında yaranan ilk təhlükəli epizodda qol buraxdıq.
Fasilədən dərhal sonra qapımızda daha bir qol gördük. Bundan sonra komandada ruh düşkünlüyü yarandı. Nəticədə oyunu məğlub başa vurduq. “Keşlə” komandasını qələbə münasibətilə təbrik edirəm”.