Elvin Məmmədov: “Hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm”

“Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədovun atasının vəfat etdiyini xəbər vermişdik. Allsport.az xəbər verir ki, milli futbolçu bu səbəbdən Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə “Yanq Boyz”una qarşı cavab oyununu buraxmalı olmuşdu.

Bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi bu gündən etibarən məşqlərə başlayıb. Elvin klub saytına baş verənlərlə bağlı açıqlama verib:

“Hər kəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən zəng edən, yazıb başsağlığı verən hər kəsə özü təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalsitlərdən, azarkeşlərdən xeyli smslər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçicisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. “Yanq Boyz”la oyunda məlum səbəblərdən iştirak etmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsi ilə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdir. Bu gündən məqşlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan