- Baxış sayı: 25
- 30 Mart 2026 15:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Şamaxı”nın kapitanının yubileyi premyer liqanın 3-cü turunda “Səbail” ilə ev matçına təsadüf edib. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçudur. O, 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edib və indiyədək 25 qol vurub.
Premyer liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi “Bakı”da 73 (3 qol), “Qarabağ”da 70 (3 qol), “Şamaxı”da 54 (7 qol), “Zirə”də 49 (5 qol), “Turan”da 49 (3 qol), “Sumqayıt”da 44 (2 qol) və “Qəbələ”də 11 (2 qol) matç keçirib.
“Şamaxı” – “Səbail” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.