- Baxış sayı: 5
- 28 Noyabr 2024 14:46
- Baxış sayı: 47
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın futbolçusu Elvin Məmmədov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yubiley 18-ci tura təsadüf edib. “Zirə” ilə ev matçına (0:1) start heyətində çıxan 31 yaşlı yarımmüdafiəçinin hesabında 24 qol var. O, ölkə çempionatlarında 300 və daha çox oyun keçirən 19-cu futbolçu olub.
Qeyd edək ki, ölkə çempionatında 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən futbolçu Tovuz təmsilçisində 49 (3 qol), indi “Keşlə” adlanan “İnter”də 51 (7 qol), “Qarabağ”da 70 (3 qol), “Bakı”da 73 (3 qol), “Zirə”də 39 (5 qol), “Qəbələ”də 11 (2 qol), “Sumqayıt”da 7 (1 qol) matç keçirib.