- Baxış sayı: 33
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi XXIV turda “Sumqayıt”la matçında gerçəkləşib.
Start heyətində meydana çıxan Elvin sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019/20 mövsümündə “kimyaçılar”ın futbolçusu kimi premyer liqada ilk matçına çıxıb, 17 oyunda 2 qol vurub. “Köhlən atlar”da 83 oyuna çıxan yarımmüdafiəçi 6 dəfə fərqlənib.