Elxam Məmmədovun milyonluq yararsız futbolçusu yenə qovulur
20 iyul 2018 / 14:14 Baxış sayı: 1078 İspaniyanın “Alkorkon” klubu milli futbolçu Eddi İsrafilovdan ayıracaq. Allsport.az saytı xəbər verir ki, yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil.
O bu ilin yanvarında “Ximnastik”də “Alkorkon”a keçib. Daha əvvəllər İspaniyanın “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba” komandalarında da çıxış edib.
Millimizdə cəmi 8 matçda fürsət alan Eddi, burada da özünü doğrultmayıb. Tez-tez klub dəyişən, heç yerdə möhkəmlənə bilməyən və adı daim qalmaqalda səslənən yarımmüdafiəçinin səviyyəsi göz önündədir. AFFA-nın baş katibi Elxan Məmmədov SOCAR-a onun yığmaya gəlişi üçün 1 milyon dollara yaxın vəsait ödətdirdiyi söylənilir.