- Baxış sayı: 36
- 29 Mart 2026 14:51
- Baxış sayı: 121
- Mart 29, 2026
- 0
“Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev Premyer liqasının 13-cü turunda “Kəpəz” klubu ilə oyunundan sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis vəziyyətin çətin olduğunu etiraf edib:
“Gərgin oyun alındı. Sadəcə olaraq, “Kəpəz” əlinə düşən qol imkanlarından istifadə etdi, biz isə yox. Ona görə də məğlub olduq.
Hələ çox oyun var, mövsümün yarısı qarşıdadır. Mükafatçılar sırasına düşmək çətin görsənir, amma avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq”.